Icma.az, Azertag portalına istinadən məlumat verir.
Naxçıvan, 16 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən ötən həftə ərzində Naxçıvanda 4 yanğın hadisəsinə çıxış həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yanğın hadisələri Kəngərli rayonunun Xök kəndində və Şərur rayonunun Bəhruz Kəngərli kəndində ot bağlamalarında, Babək rayonunun Çeşməbasar kəndində elektrik dirəyində, eləcə də Şərur rayonunun Aşağı Daşarx kəndində açıq sahədə qeydə alınıb.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların ətraf ərazilərə yayılmasının qarşısı alınıb və operativ söndürülməsi təmin edilib.
Müxbir- Nail Əsgərov