Naxçıvanda ovçunun fermasında dağ keçiləri aşkarlanıb

04.04.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Naxçıvanda ovçu saxlanılıb, fermasında dağ keçiləri aşkarlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan MR-də polis əməkdaşları qanunsuz ovla məşğul olan 1965-ci il təvəllüdlü Məmmədov Qasım Müslüm oğlunu saxlayıblar.

Ona məxsus fermadan nadir heyvan növlərindən sayılan 3 ədəd dağ keçisi aşkarlanaraq təbiətə geri qaytarılması təmin olunur.

Araşdırmalar davam etdirilir.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью