Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı artıb AZƏRTAC | Icma.az
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvan, 14 noyabr, AZƏRTAC Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirlik yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin nəticəsi olaraq, 2024-cü il noyabrın 1-nə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü il tarixinə nisbətən 3,7 dəfə və ya 8186 vahid artaraq 11 min 245 təşkil edib.
İlin əvvəli ilə müqayisədə həmin göstərici 76,1 faiz və ya 4859 vahid artıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu