Naxçıvanda pensiya alanların nəzərinə

08.03.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvanda mart ayının pensiyaları ödənilib.

Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayının pensiya ödənişi başa çatdırılıb.

Pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər", - qurumdan vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью