Naxçıvanda plov qazanına düşən Fəridi Türkiyəyə apardılar | Icma.az
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan şəhərində anasının plov bişirdiyi qazanın içinə düşərək bədənində 2-ci və 3-cü dərəcəli yanıq yaraları alan 9 yaşlı Fərid Səfərov hazırda Türkiyənin Ərzurum şəhərində müalicə olunur.
Həkimlər onun həyati təhlükəsinin hələ də davam etdiyini bildirir.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk tibbi müdaxilə Naxçıvanda edilən Fərid, daha sonra Türkiyəyə aparılıb.
Iğdır Dövlət Xəstəxanasında qolunda əməliyyat edilən uşaq, daha sonra Ərzurum Şəhər Xəstəxanasının Yanıq Müalicə Mərkəzinə köçürülüb.
Ərzurum Şəhər Xəstəxanasının Yanıq Müalicə Mərkəzindən həkim Onur Ceylan uşağın vəziyyəti ilə bağlı açıqlama verib: Uşağın qol və əl nahiyəsində dərin yanıq yaraları var.
Hazırda tibbi və sarğı müalicələrinə davam edirik. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu