Naxçıvanda qadın gölə düşdü

27.05.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün axşam saatlarında Naxçıvanda "Bazar gölü" adlanan ərazidə qadın gölə düşüb. 

"Unikal" xəbər verir ki, Şahbuz rayonu, Külüs kənd sakini 1971-ci il təvəllüdlü Quliyeva Məhəbbət Mahmud qızı polis əməkdaşlarının səyləri nəticəsində göldən çıxarılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən 54 yaşlı qadının vəziyyəti orta-ağırdır.

Hadisənin hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью