Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan, 18 sentyabr, AZƏRTAC
Naxçıvan Dövlət Milli Dram Teatrında qadın sahibkarlığının inkişafına həsr olunan “Qadın Sahibkarlar Forumu – Naxçıvan 2026” keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forumun məqsədi qadın sahibkarlığının inkişafına dəstək vermək, dövlət dəstəyi və yeni imkanları müzakirə etmək, innovasiya, aqrobiznes, rəqəmsal sahibkarlıq və dayanıqlı inkişaf sahələrində əməkdaşlığı gücləndirməkdir.
Forum çərçivəsində rəsmi çıxışlar olacaq, qadın sahibkarlığı, dövlət dəstəyi, yeni biznes imkanları, innovasiya, aqrobiznes, rəqəmsal sahibkarlıq, dayanıqlı inkişaf və gənclərin rolu istiqamətlərində panel müzakirələri təşkil ediləcək.
Qeyd edək ki, “Qadın Sahibkarlar Forumu – Naxçıvan 2026” “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Naxçıvan Muxtar Respublikası üzrə regional koordinatorluğu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə tərəfdaşlığı ilə keçirilir.
Müxbir- Nail Əsgərov