Naxçıvanda qarğıdalı yığımına başlanılıb

08.10.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan, 8 oktyabr, AZƏRTAC

Cari mövsümdə muxtar respublika üzrə 834 hektardan çox sahədə qarğıdalı yığımının həyata keçirilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əkin sahələrinin böyük hissəsi əvvəlki illərdə olduğu kimi, Şərur rayonunun payına düşür. Rayon ərazisində bu il 700 hektara yaxın sahədə qarğıdalı əkilib.

Hazırda 156 hektar sahədə biçin aparılıb və nəticədə 66,7 sentner/hektar orta məhsuldarlıqla 1000 tondan artıq qarğıdalı tədarük olunub.

Qeyd edək ki, qarğıdalı əkin sahələri ötən illə müqayisədə artıb. 2024-cü ildə Şərur rayonunda 435 hektarda qarğıdalı əkilərək 3473 ton məhsul götürülmüşdü. Bu il əkin sahəsinin artırılması isə daha yüksək istehsal həcmi gözləməyə əsas verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью