Naxçıvanda qarın hündürlüyü 89 sm olub FOTOLAR

05.02.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvanda qarın hündürlüyü 89 sm olub.

APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərinə qar yağıb.

Müşahidələrə əsasən, Kükü kəndində ümumi qar örtüyünün hündürlüyü 39 sm, Biçənək ərazisində 24 sm təşkil edir. Parağacay Qar Uçqunu Stansiyası ərazisində isə qarın hündürlüyü 35 sm, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə 89 sm qeydə alınıb.

Qeyd edək ki, hazırda yağıntılar dayanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью