Naxçıvanda qaya uçqunu FOTO

05.06.2025

Icma.az, News24 saytına istinadən bildirir.

Şərur rayonunun Havuş kənd yolunda qaya uçqunu baş verib.

News24.az xəbər verir ki, Şərur rayonunun Havuş kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində qaya uçqunu qeydə alınıb. İri qaya parçaları yolun hərəkət hissəsinə düşüb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq texnika və canlı qüvvəsi əraziyə cəlb olunub, qaya parçaları texniki vasitələrlə yerindəcə parçalanaraq ərazidən çıxarılıb.

Yolda təhlükəsizlik təmin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью