Naxçıvanda Qələbənin 5 ci ildönümü münasibətilə rəsm sərgisi olub

09.11.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 9 noyabr, AZƏRTAC

Naxçıvanda Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Muzeyinin önündə Naxçıvan şəhər 2 nömrəli incəsənət məktəbinin şagirdləri işğaldan azad olunmuş rayonlarımıza həsr olunmuş maraqlı kompozisiya nümayiş etdiriblər.

Naxçıvan şəhərindəki ümumtəhsil, incəsənət məktəblərinin, eləcə də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Məktəbi və Ərtoğrol Cavid adına Uşaq İncəsənət Məktəbinin istedadlı şagirdləri isə şanlı qələbəmizi, Müzəffər ordumuzu və sülh motivlərini əks etdirən, müxtəlif üsulda işlənmiş 50-yə yaxın rəsm əsəri təqdim ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью