Naxçıvanda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

13.11.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 13 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çeşməbasar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə zamanı qaz infrastrukturuna da ziyan dəyib.

Qeyd edək ki, xəsarət alanlar şəhid Zaman Məmmədlinin atası və anasıdır.

Hadisə yerinə polis əməkdaşları və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müxbir - Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью