Naxçıvanda qəza oldu Yaralılar var

26.05.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan-Şahbuz magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə yolun Babək rayonu Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 75-BD-090 dövlət nömrə nişanlı, "VAZ 2103" markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью