Naxçıvanda qəzada xəsarət alaraq 2 həftə komada qalan 47 yaşlı kişi ölüb

18.02.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Naxçıvanda yol qəzasında xəsarət alaraq iki həftə komada qalan 47 yaşlı kişi ölüb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə fevralın 4-də Naxçıvan-Sədərək magistralının Qıvraq qəsəbəsi ərazisində baş verib.

Qəza zamanı Kəngərli rayon Qıvraq qəsəbə sakinləri - 1978-ci il təvəllüdlü Rzayev Nəsimi Nizaməddin oğlu və onu həyat yoldaşı, 1982-ci təvəllüdlü Rzayeva Günay Ələkbər qızı xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən və koma vəziyyətində olan N.Rzayev bu gün xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью