Naxçıvanda sahibkarlar üçün güzəştlərin tətbiqi qüvvəyə minib

26.01.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye parklarının və sənaye məhəllələrinin rezidentləri, habelə investisiya təşviqi sənədi almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına dair ƏDV və gömrük rüsumlarından azadolmalar qüvvəyə minib.

"Cebheinfo.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin kollegiyasının 12 yanvar 2026-cı il tarixli qərarına əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların, sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların, investisiya təşviqi sənədi almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalına dair təsdiqedici sənədin verilməsi qaydası təsdiq edilib. Bu təsdiqedici sənəd əsasında sahibkarlar idxal olunan xammal və materiallar, texnika, texnoloji avadanlıqlar və qurğular üzrə vergi və gömrük güzəştlərindən yararlana biləcəklər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью