Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Naxçıvan Muxtar Respublikasında biznes mühiti sürətlə inkişaf edir.
Bu, yeni vergi ödəyicilərinin sayında da özünü göstərir. 2023-cü ildə muxtar respublikada 6263 yeni Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi
Bu isə əvvəlki illə müqayisədə 419 yeni VÖEN və ya 6,7 faiz artım deməkdir.
Vergi ödəyicilərinin sayının artması Naxçıvanda iqtisadi aktivliyin yüksəldiyini göstərir.
Xüsusilə kiçik və orta biznesin inkişafına yönəlmiş tədbirlər, sahibkarlara verilən güzəştlər və dövlət dəstəyi bu artımda mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, muxtar respublikada ticarət, kənd təsərrüfatı, xidmət və istehsalat sahələrində yeni sahibkarlıq subyektlərinin yaranması ümumi iqtisadi inkişafın göstəricilərindən biridir.
Bunun nəticəsi olaraq, qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayında 1 yanvar 2025-ci il tarıxinə əvvəlki dövrlə müqaisədə 72,8 faiz artım qeydə alınıb ki, bu da əvvəlki ilə nisbətən yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyət kəsb edir.
2023-cü illə müqayisədə qeydiyyatda olan VÖEN-lərin sayı 32,3 faiz, aktiv VÖEN-lərin sayı 71,4 faiz, aktiv obyektlərin sayı isə 19,7 faiz artıb.