Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan, 3 fevral, AZƏRTAC
Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində 8-18 yaşlı şahmatçılar arasında birinciliyə start verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ️fevralın 7-dək davam edəcək yarışda 6 fərqli yaş qrupunda 100-ə yaxın oğlan və qız şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçirilən birincilikdə ilk 3 yeri tutan şahmatçılar mart ayında təşkil olunacaq 8–18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatında iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, bir neçə ildir muxtar respublikada bu yaş kateqoriyası üzrə birincilik keçirilmirdi.