Naxçıvanda sənaye istehsalı 16 faizə yaxın artıb

15.10.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 15 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 378 milyon 390 min 300 manatlıq sənaye məhsulu istehsal edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövründəki göstəricidən 15,9 faiz çoxdur. Sənaye məhsulunun 310 milyon 693 min 700 manatı və ya 82,1 faizi malların, 67 milyon 696 min 600 manatı və ya 17,9 faizi isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 76,6 faizi emal, 20,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью