Naxçıvanda su olmayacaq

06.02.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Naxçıvanın bəzi ərazilərində su olmayacaq.

Modern.az xəbər verir ki, şəhərin Əliqulu Qəmküsar küçəsini, Babək, Əlincə, 6-cı məhəllələri və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu ərazinin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlər 6 fevral tarixində gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью