Naxçıvanda su OLMAYACAQ

07.07.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində iyulun 10-da suyun verilişində fasilə olacaq.

Bakıvaxtı.az xəbər verir ki, diametri 355 millimetr olan magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar həmin gün saat 00:00-dan etibarən Naxçıvan şəhərinin Zərifə Əliyeva, Əliqulu Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan, 6, 54, 56, 58, 60 və 61-ci məhəllələri, həmçinin Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin su təchizatında gün ərzində müvəqqəti fasilə yaranacaq.

Qəzanın aradan qaldırılmasından sonra suyun əvvəlki rejimlə verilişi bərpa olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью