Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan şəhəri, Heydər Əliyev prospektində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı görüntülər “TikTok” sosial platformasında paylaşılıb.
Kadrlardan görünür ki, yolun asfalt örtüyünün bir hissəsi çöküb və hərəkət hissəsində dərin oyuq yaranıb. Təhlükəli ərazi yol konusları və lentlə əhatəyə alınsa da, sürücülərin əvvəlcədən məlumatlandırılması üçün zəruri xəbərdaredici nişanların və ya istiqamətləndirici nişanlanmanın olmadığı görünür.
Nəticədə həmin zolaqla hərəkət edən sürücülər maneəni yalnız son anda görə bilirlər. Xüsusilə gecə saatlarında görünüş məsafəsinin azalması vəziyyəti daha da təhlükəli edir. Ərazidən ilk dəfə keçən sürücülərin yolun çökmüş hissəsini vaxtında görməməsi qəza riskini artırır.
Videoya yazılan rəylərdə də bəzi sürücülər ərazidə qəza şəraəti ilə qarşılaşdıqlarını və son anda təhlükədən yayındıqlarını bildiriblər.
Nərmin