Naxçıvanda suyun verilişində fasilə yaranacaq

22.03.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsi, Babək və Əlincə məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı martın 22-də suyun verilməsi dayandırılacaq.

Qeyd edilib ki, təmir-bərpa işlərinin gün ərzində yekunlaşdırılması planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью