Naxçıvanda təcili tibbi yardım xidmətləri üzrə maddi texniki baza gücləndirilir

14.05.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan, 14 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən təcili tibbi yardım avtomobillərinin daxili təchizatının və yeni yaradılan geolokasiyaların maddi-texniki bazasının artırılması istiqamətində bir sıra satınalmalar həyata keçirilib və 1 milyon manat dəyərində avadanlıq satın alınıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, alınan avadanlıqlar arasında 64 xəstəbaşı monitor, 64 şırınqa pompası, 64 infuziya pompası, venadaxili infuziyalar üçün 64 pompa, 32 ədəd 4 motorlu çarpayı, 32 ədəd 3 motorlu çarpayı və digər avadanlıqlar yer alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью