Naxçıvanda təcili tibbi yardıma zəhərlənmə səbəbi ilə 38 müraciət daxil olub

06.01.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bayram tətili günlərində (30.12.2024-06.01.2025-ci il tarixinə qədər) Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında ümumilikdə zəhərlənmə səbəbi ilə 38 müraciət daxil olub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Qeyd olunub ki, həmin müddətdə Naxçıvan şəhərində 18, muxtar respublikanın rayonlarında 20, ümumilikdə, 38 nəfərdə zəhərlənmə səbəbi ilə müraciət daxil olub.

Müraciət edənlər əsasən dəm qazı və qidadan zəhərlənənlər olub.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью