Naxçıvanda təcili yardımlar çağırışa dərmansız gedir? İDDİA | Icma.az
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvandakı təcili tibbi yardım stansiyalarında dərman qıtlığı yaranıb.
"AzPolitika" xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.Məlumata görə, təcili tibbi yardım stansiyalarına təcili müdaxilə üçün vacib dərmanlar, hətta spirt, şpris, bint belə verilmir.“Növbəyə çıxanda məcburuq ki, çağırışlara gedək.
Çağırışlara gedəndə isə dərman mütləq lazımdır. Heç olmasa, ağrıkəsici, spir, şpris olmalıdır. Məcbur qalıb özümüz alırıq.
Özümüz deyəndə insanların çağırışa getdiyimiz zaman hörmət etdikləri 3-5 manatla. Yəni öz pulları ilə alırıq.
Çoxumuzdan 5-10 min alıb işə götürüblər. Maaş az olsa da, sürücülər, tibb bacıları, həkimlər rüşvət verib burada ona görə işə düzəlirik ki,
Məntəqə sədrləri bizi məcbur edir ki, dərmanları özümüz alaq.
Ayrılan vəsait, dərmanlar isə mənimsənir", -deyə adı açıqlanmayan təcili yardım əməkdaşı deyib. Bu vəziyyət yerli sakinləri də narahat edir.
Tam oxu
Xəbəri oxu