Naxçıvanda tələbə faciəli şəkildə ÖLDÜ

29.03.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Naxçıvanda tələbə dəm qazından zəhərlənərək ölüb.

Modern.az "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhəri 28 may küçəsində baş verib. Laçın rayon sakini, 2003-cü il təvəllüdlü Verdiyev Toğrul Vidadi oğlu kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, o, Naxçıvan Müəllimlər İnstitutunun 1-ci kurs magistr tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью