Naxçıvanda tinglik sahələrinə toxum əkilib

28.10.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

Muxtar respublikada Qoşadizə və Xətai tinglik sahələrinə meyvə toxumları əkilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, nazirliyin Yaşıllaşdırma və Landşaft Quruluşu Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən 1,2 hektar sahəyə qoz, badam və ərik toxumları əkilib.

Bu işlərin görülməsində əsas məqsədi tingliklərdə yerli iqlim şəraitinə uyğun, davamlı və keyfiyyətli ting materiallarının yetişdirilməsidir. Gələcəkdə yetişəcək tinglər bölgədə yaşıllıq sahələrinin genişləndirilməsinə və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью