Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvanın Kəngərli rayonu, Yeni Kərki kəndi ərazisində hərbi sursatlar aşkarlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd edilib ki, hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatlarının 1 ədəd 120 mm-lik, 1 ədəd 75 mm-lik top mərmisi və 2 ədəd 30 mm-lik AQS mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.