Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 3 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC tərəfindən toxum tədarükünə başlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tinglik sahələrində yetişdiriləcək ağac və kol bitkilərinin artırılması, yerli iqlim şəraitinə uyğun sağlam və keyfiyyətli tinglərin əldə olunması məqsədilə badam, püstə və alça meyvələri toplanılıb.
Regionda yaşıllıq sahələrinin genişləndirilməsi, meşəsalma və meşəbərpa tədbirlərinin davamlılığının təmin edilməsi məqsədilə digər ağac və kol bitkilərinin toxumlarının tədarükünə də başlanılacaq.
Müxbir- Nail Əsgərov