Naxçıvanda Türkiyə vətəndaşını avtomobil vurub

08.04.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan şəhərində Türkiyə vətəndaşını avtomobil vurub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib. Ğ

Belə ki, 75-BK-676 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil yolu qarşı tərəfə keçən Türkiyə vətəndaşı Üstün Ahmet Yasini vurub. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən 2000-ci il təvəllüdlü Abdullayev Fərid Arzu oğlu saxlanılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью