Naxçıvanda tut bağında bərpa işləri aparılıb | Icma.az
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan, 28 avqust, AZƏRTAC Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan-Çalxanqala avtomobil yolunun 12-ci kilometrliyində, yolun sağ hissəsindəki tut bağında bərpa işləri aparılıb.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il salınmış 2,5 hektarlıq bağda quruyan tinglər çıxarılaraq yerinə dibçəkdə yetişdirilmiş tut tingləri əkilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu