Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bu ilin avqustun 1-nə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb.
Hesabat dövründə muxtar respublikada 45 778,1 ton dənli və dənli paxlalı bitkilər, 24 911,9 ton kartof, 15 332,9 ton tərəvəz, 2 957,4 ton bostan məhsulları, 24 006,9 ton meyvə və giləmeyvə, həmçinin 16,1 ton tütün istehsal olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə dənli və dənli paxlalıların istehsalı 21,6 faiz, kartof istehsalı isə 2,3 dəfə artıb.
Tərəvəz istehsalında 2,7 faiz, bostan məhsullarında 71,1 faiz, meyvə və giləmeyvədə 2,8 faiz artım qeydə alınıb.
Ən yüksək artım tütün istehsalında müşahidə edilib. Belə ki, muxtar respublikada tütün istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 dəfə yüksəlib.