Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvan, 16 may, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 475 milyon 460 min 400 manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,8 faiz artaraq 1009,0 manat olub.