Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

14.09.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 14 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 172 milyon 999 min 300 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.

Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 2480,6 manat təşkil etmişdi.

Müxbir- Nail Əsgərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью