Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Naxçıvan, 13 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında muxtar respublikada ümumi daxili məhsul (ÜDM) istehsalı 1 milyard 341,1 milyon manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 2835,9 manat olub.
Müxbir - Nail Əsgərov