Naxçıvanda UEFA C kursu keçirilir

23.07.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə Naxçıvanda UEFA C kursunun birinci mərhələsi keçirilir.

Apasport.az xəbər verir ki, kursun açılışında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və NFF-nin baş katibi Raqif Abbasov da iştirak ediblər.

AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən keçirilən birinci modula iyulun 24-də yekun vurulacaq.

Qeyd edək ki, UEFA C kursunun növbəti mərhələləri avqust və sentyabr aylarında təşkil olunacaq.

"Qarabağ"ın potensial rəqiblərinin matçında minimalhesablı qələbə "Dinamo"dan "Neftçi"yə - Rəsmi Qurban Qurbanov: "Şelburn" bəzi göstəricilərə görə bizdən üstündür" "Zirə" UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edib Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью