Naxçıvanda UEFA nın C kateqoriyası üzrə kurs keçirilir

23.07.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə Naxçıvanda UEFA-nın C kateqoriyası üzrə kursun birinci mərhələsi keçirilir.

"Football-plus.az" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, kursun açılışında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və NFF-nin baş katibi Raqif Abbasov iştirak edib.
AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən keçirilən birinci modula iyulun 24-də yekun vurulacaq.
Qeyd edək ki, UEFA C kursunun növbəti mərhələləri avqust və sentyabr aylarında təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью