Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

12.12.2024

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, deputatlar müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər. SİA xəbər verir ki, abidə önünə güllər qoyulub, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью