Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

23.09.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 23 sentyabr, AZƏRTAC

Bu ilin yanvar–avqust aylarında Naxçıvan Muxtar Respublikasında 4 128,2 ton unlu qənnadı məmulatları, 18,2 ton şəkərli qənnadı məmulatları, 428,9 ton şəkər və qənd, 156,9 min dekalitr meyvə şirələri və 108,3 ton ayran istehsal olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz, şəkərli qənnadı məmulatlarının istehsalı 3,5 dəfə, şəkər və qənd istehsalı 10,2 faiz, meyvə şirələrinin istehsalı 71,7 faiz, ayran istehsalı isə 2,5 dəfə artıb.

Müxbir- Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью