Naxçıvanda uşaqların sayı açıqlandı

01.06.2026

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı il yanvarın 1-i vəziyyətinə Naxçıvan Muxtar Respublikasında uşaqların ümumi sayı 112 min 543 nəfər olub ki, bu da region əhalisinin ümumi sayının 23,8 faizini təşkil edir. Rəsmi statistikaya əsasən, uşaqların 58 min 906 nəfəri oğlan, 53 min 637 nəfəri isə qız uşaqlarıdır.

"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, bu ilin yanvar-mart aylarında muxtar respublika üzrə 680 körpə doğumu qeydə alınıb. 

Hesabat dövründə doğulan uşaqların cinslər üzrə nisbətində bərabərlik müşahidə olunub. Belə ki, dünyaya gələn körpələrin 340-ı, yəni 50 faizi oğlan, eyni vəziyyətdə 340-ı, yəni 50 faizi isə qız olub.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью