Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

08.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 8 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 201,7 milyon manatdan çox vergi daxil olub.

Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10,1 faiz və ya 18,4 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 150,2 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 17,1 faiz və ya 22 milyon manat artıb. Ödənilən vergilərin 74,4 faizi qeyri-dövlət sektorunun, 25,6 faizi isə dövlət sektorunun payına düşüb.

Caei ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 3,5 milyon manat olub.

Müxbir - Nail Əsgərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью