Naxçıvanda vergi daxilolmaları 34 faizdən çox artıb AZƏRTAC

15.11.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 15 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 180,4 milyon manat vergi daxil olub.

Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 milyon manat və ya 34,3 faiz çoxdur.

Cari ilin 10 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 124,8 faiz icra edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью