Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

10.08.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 10 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 146 milyon manata yaxın vergi daxil olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,8 faiz və ya 5,4 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 104,4 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 9,5 faiz və ya 9,1 milyon manat artıb.

Ödənilən vergilərin 71,5 faizi qeyri-dövlət sektorunun, 28,5 faizi isə dövlət sektorunun payına düşüb.

Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 2,8 milyon manatdan çox olub.

Müxbir - Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью