Naxçıvanda vergi daxilolmaları 7 faizdən çox artıb

09.09.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 9 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 172,3 milyon manatadək vergi daxil olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,2 faiz və ya 11,6 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 125,7 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,8 faiz və ya 15,3 milyon manat artıb. Ödənilən vergilərin 73 faizi qeyri-dövlət sektorunun, 27 faizi isə dövlət sektorunun payına düşüb.

Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 3,2 milyon manat olub.

Müxbir - Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью