Naxçıvanda vergi daxilolmalarında artım qeydə alınıb

07.07.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

2026-cı ilin yanvar – iyun aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 118,3 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,2 faiz və ya 2,5 milyon manat çoxdur.

XQ xəbər verir ki, bu barədə Naxçıvan MR İqtisadiyyat Nazirliyi məlumat yayıb. 

Qeyri-dövlət sektorundan daxilolmalar 84,4 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,4 faiz və ya 6,6 milyon manat artıb.

Ödənilən vergilərin 71,4 faizi qeyri-dövlət sektorunun, 28,6 faizi isə dövlət sektorunun payına düşüb.

2026-cı ilin yanvar – iyun aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artaraq 2,4 milyon manata yaxın olub.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью