Azertag saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan, 8 dekabr, AZƏRTAC
Cari ilin yanvar–noyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 41 min 304 şəxs qəbul edilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 56 min 16 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur.
Yanvar–noyabr aylarında vergi ödəyicilərinə 666 min 980 məlumatlandırma xarakterli bildiriş göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 105 görüş keçirilib, 464 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3396 müraciət üzrə 6 min 11 “Asan İmza” sertifikatı verilib.