Naxçıvanda vergi ödəyicilərinin sayı 7,4 faiz artıb VİDEO

16.03.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 16 mart, AZƏRTAC

Cari il martın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 54 min 869 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar təşkil edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,5 faiz, hüquqi şəxslərin sayı isə 5 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz artaraq 1815 vahid olub. 2026-cı ildə kommersiya qurumlarının 84,1 faizi elektron, 15,9 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.

Müxbir- Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью