Naxçıvanda yanğın nəticəsində 583 abonent qazsız qalıb

01.10.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 1 oktyabr, AZƏRTAC

Naxçıvan şəhəri Tumbul kəndində həyətyanı sahədə baş vermiş yanğın nəticəsində aşağı təzyiqli yerüstü və yeraltı polietilen qaz kəməri zədələnib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisədən dərhal sonra təhlükəsizlik səbəbilə ərazidə 583 abonentin qaz təchizatı dayandırılıb. Bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır və tamamlandıqdan sonra sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью