Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqəsinin yaradılması məsələsinə bir daha toxunub.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, deputat TRIPP layihəsinin icrasının uzanmasının Naxçıvan sakinləri üçün ciddi çətinliklər yaratdığını bildirib.
Onun sözlərinə görə, yol probleminin həllini tapmaması Naxçıvanın sosial-iqtisadi vəziyyətinə də mənfi təsir göstərir. Deputat muxtar respublikada işsizlik probleminin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.
Fazil Mustafa nəqliyyatla bağlı çətinliklərin əhalinin tibbi xidmətlərdən yararlanmasına da mane olduğunu qeyd edib. Bildirib ki, Naxçıvan sakinləri hətta müalicə üçün Bakıya gəlmək istədikdə belə ciddi çətinliklərlə üzləşirlər. Bəzi insanlar isə məhz yol problemi səbəbindən müalicə almaqdan çəkinirlər.
Deputat Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqəsinin yaradılmasının əhalinin sosial problemlərinin həlli baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.