Naxçıvanda yol qəzasında 5 nəfər xəsarət alıb FOTO

10.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistral yolunda, Şərur rayonu ərazisində qeydə alınıb.

68-BD-567 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza zamanı 5 nəfər Şərur sakini - 1949-cu il təvəllüdlü Şirəliyeva Surna İsa qızı, 1954-cu il təvəllüdlü Hüseynova Roza İsa qızı, 1976-ci il təvəllüdlü Əliyev Hicran Musa oğlu, 1978-ci il təvəllüdlü Şirəliyeva Könül Mirismayil qızı və 2001-ci təvəllüdlü Şirəliyev Ümid Hicran oğlu xəsarət alıb.
Onlar Şərur Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью